ABŞ və Avropa Ankaraya qarşı
Vaşinqton hərbçilərini Türkiyədən Yunanıstana köçürməyi düşünür
Vaşinqton amerikalı hərbçilərin Türkiyədən Yunanıstana köçürmək qərarını araşdırır.
Səhər Azəri bildirir ki, bunu senator Ran Conson deyib.
ABŞ-ın Nümayəndələr Palatasıın Xarici Siyasət Komissiyasının yanında Avropa Xüsusi Komitəsinin sədri olan Viskonsin Ştatından senator Ran Conson "Washington Examiner" nəşrinə verdiyi müsahibədə deyib: Vaşinqton ABŞ hərbçilərinin İncirlik hərbi hava bazasından Yunanıstana köçürülməsini araşdırır.
Senator Conson amerikalı hərbçilərin İncirlik hərbi hava bazasından Yunan adalarından birinə köçürülməsi məsələsinin gündəmə gətirilməsinin səbəbini Türkiyənin "narahatlıq doğuran" siyasətləri adlandırıb.
"Biz belə bir strateji dəyişikliyin edilməsində maraqlı deyilik. Amma, müdafiə məsələsində mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın getdiyi yol "yaxşı" deyil" - deyə Senator Ran Conson qeyd edib.
Ərdoğanın siyasətlərinin "təəssüfləndirici" olduğunu deyən amerikalı senator Vaşinqtonun öz hərbi bazasını Türkiyədən Yunanıstana xüsusilə də Kert adasına köçürməsini bir zərurət adlandırıb.
ABŞ dövlət katibi Mayk Pompeo da Kiprə olan son səfərində Türkiyənin Aralıq dənizinin şərqində həyata keçirdiyi kəşfiyyat-axtarış əməliyyatlarının ciddi nigaranlıqlara səbəb olduğunu iddia etmişdi.
Yunanıstanın baş naziri də ölkəsinin yeni silahlar və hərbi təchizatlar almaqla ordusunu gücləndirmək qərarına gəlməsindən xəbər verib.
Bunun müqabilində Türkiyə heç bir vəchlə öz milli maraqlarından vaz keçməyəcəyini və Aralıq dənizindəki kəşfiyyat-axtarış əməliyyatlarını dayandırmayacağını bildirərək, Yunanıstana yerində sakit oturmasını tövsiyə edib.