"Qafqaz -20" hərbi təlimlərinə geri sayım başlanıldı
Rusiya altı ölkəni hərbi təlimlərdə iştiraka dəvət etdi
Rusiyanın Müdafiə Nazirliyi 6 ölkəni "Qafqaz 2020" hərbi təlimlərində iştirak etməyə dəvət edib.
Səhər Azəri "İnterfaks" xəbər agentliyinə istinadla bildirir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi dünən altı ölkəni (Ermənistan, Belarus, Çin, Myanma, Pakistan və İran) "Qafqaz 2020" hərbi təlimlərində iştiraka dəvət etdiyini açıqlayıb.
"Qafqaz 2020" hərbi təlimləri 21-26 sentyabr tarixlərində keçiriləcək. Digər altı ölkənin nümayəndələri, o cümlədən Azərbaycan Respublikası, Qazaxıstan və Tacikistan bu təlimlərə müşahidəçi qismində dəvət olunublar.
Hərbi sahədə təmiz enerjidən necə istifadə edilməsi bu təlimlərin keçirilməsinin məqsədlərindən biri kimi elan olunub.
Təlimlərin gedişatında Rusiyanın cənub-qərbində hərbi təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər qiymətləndiriləcək.