Sen 19, 2020 17:53 Asia/Baku
  • ABŞ-ın rəftarı Rusiyanı silahlanmaya məcbur edir

ABŞ-ın raket müqaviləsindən çıxması bizi səsdən sürətli raket istehsal etməyə məcbur etdi

Səhər Azəri bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. 

Vladimir Putin deyib: Buş Hökumətinin raket əleyhinə müdafiə sisteminin qadağan edilməsinə dair 1972-ci il müqaviləsindən çıxmasının ardınca Rusiya nüvə başlığı daşıya bilən ultra-sonik ballistik raketlərin istehsalından başqa çıxış yoluna malik deyildi. 

Rusiya prezidenti bildirib: ABŞ-ın 2002-ci ildə ballistik raketlərə dair 1972-ci il müqaviləsindən çıxması və Rusiya sərhədləri yaxınlığında öz raketlərini yerləşdirməsi bizim nüvə silahlarımız üçün ciddi təhlükə idi. Buna görə də yeganə çıxış yolu bizim səsdən sürətli raketlərin istehsalına üz tutmağımız idi. 

Putin sonda Rusiya ordusunun bu gün bütün potensial düşmənlərdən daha modern və daha güclü silahlara malik olduğunu vurğulayıb. 

Teqlər