Əfqanıstan HHQ-nin hücumunda "Taliban"ın 40 üzvü öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i367495-Əfqanıstan_hhq_nin_hücumunda_taliban_ın_40_üzvü_öldürülüb
Əfqanıstanın Hərbi Hava Qüvvələrinin təyyarələri Gündüz əyalətində "Taliban" radikal hərəkatının mövqelərinə zərbələr endiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2020 03:43 Asia/Baku
  • Əfqanıstan HHQ-nin hücumunda

Əfqanıstanın Hərbi Hava Qüvvələrinin təyyarələri Gündüz əyalətində "Taliban" radikal hərəkatının mövqelərinə zərbələr endiriblər.

Səhər Azəri bildirir ki, Əfqanıstan HHQ-nin hücumları zamanı 40 "Taliban" üzvü məhv edilib.

"Reuters" agentliyinin məlumatına əsasən, aviazərbələr nəticəsində həmçinin 12 dinc sakin həlak olub, 10 nəfər isə yaralanıb.

Əfqanıstanın Müdafiə Nazirliyi dinc sakinlərin həlak olması barədə məlumatı təsdiqləməyib, lakin bununla bağlı araşdırma aparıldığını bildirib.

"Taliban" isə bu hücumda qadın və uşaqlar da daxil olmaqla 12 dinc sakinin öldüyünü, daha 10 nəfərin də yaralandığını iddia edir. 

Bu hücum Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqlarının aparıldığı bir zamana təsadüf edir. 

Əfqanıstan hökuməti və "Taliban" qruplaşmasının əsirlərin azad edilməsi məsələsində razılığa gələ bilməmələri tərəflər arasında gərginliyin artmasına səbəb olub.