Ukraynada hərbi təyyarə qəzaya uğradı
Ukraynada təyyarə qəzasında ölənlərin sayı 25-ə çatıb
Sen 26, 2020 07:30 Asia/Baku
Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.
Səhər Azəri bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.
Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.
Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən “uçuş qaydalarının və ona hazırlığın pozulması” maddəsi ilə cinayət işi başlanılıb.
“Bu dəqiqəyə olan məlumata görə, aviaqəza zamanı 25 nəfər ölüb, 2 yaralı ağır vəziyyətdə tibb müəssisələrinə aparılıb, qalanlarının axtarışı davam edir”, - deyə Baş Prokurorluqdan yayılan məlumatda qeyd olunub.