ABŞ-da koronavirus böhranı
https://azeri.sahartv.ir/news/dünya-i367963-abŞ_da_koronavirus_böhranı
ABŞ senatında əksəriyyətin lideri senatın iki həftə müddətinə bağlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2020 09:11 Asia/Baku
  • ABŞ-da koronavirus böhranı

ABŞ senatında əksəriyyətin lideri senatın iki həftə müddətinə bağlanmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Miç Makkonnell dünən bildirib ki, koronavirus analizinin aparılması məqsədilə senatın fəaliyyəti iki həftə müddətinə ləğv edilir.

Amerika senatı elə bir halda bağlanır ki, bu ölkənin prezidenti Donald Tramp koronavirusa yoluxma nəticəsində xəstəxanaya yatırılıbdır.

Ağ Ev cümə günü gecə elan etdi ki, Tramp bir neçə gün müalicə almaq üçün Vaşinqtondakı «Uolter Rid» xəstəxanasında qalacaq.

Həkimlər bildiriblər ki, 74 yaşlı Trampın koronavirusa yoluxması, çox yaşlı və nisbətən artıq çəkiyə malik olmasına görə, onun üçün təhlükəli ola bilər.