Okt 11, 2020 09:18 Asia/Baku
  • Amerikanın sosialist ölkəsi olmasına icazə verməyəcəyəm

ABŞ prezidenti koronavirusa yoluxmasından sonrakı ilk ümumi çıxışında öz demokrat rəqibinə qarşı söhbət edib.

SəhərAzəri xəbər verir, O deyib ki, Amerikanın bir sosialist ölkəsinə çevrilməsinə heç vaxt icazə verməyəcək.

Donald Tramp dünən axşam maskasız şəkildə Ağ Ev-in cənub bağının balkonuna çıxıb və ümumi məkandan, beş yüz nəfər rənglidərili adlandırılan adamlar üçün öz təbliğat çıxışını təqdim edibdir.

O, bu çıxışda bir daha koronavirusu bir Çin virusu adlandırıb. Deyib ki, bu xəstəliyin vaksini çox tez bir şəkildə bazara gələcək.

ABŞ prezidenti öz demokrat rəqibi Co Baydeni bir daha «yuxulu» adlandırıb. Bildirib ki, Baydenin siyasətləri milyardlarla dolların Çinə axmasına bais olubdur.

Baydenin qaradərililər icmasına və Latın Amerikasından olan icmalara xəyanət etdiyini bildirən Tramp deyib: Əgər zənn edirsinizsə, o, ölkəni idarə edə bilər, onda yanılırsınız.

Tramp irqi ayrı-seçkiliyə qarşı geniş xalq etiraz dalğasını nəzərə almadan iddia edibdir ki, onun hökumətinin başlıca olaraq milli qvardiya qüvvələrinin göndərilmələri və repressiya olan etirazçılar qarşısında gördüyü tədbir, dırnaqarası «azadlıq»dır.

Tramp bazar ertəsi günü digər bir seçki toplantısında iştirak etməlidir. Belə bir halda, Tramp koronavirus müalicəsi almaqda davam edir və ola bilsin, onun qeyd olunan çıxışının qısa olması da COVID-19-dan irəli gələn cismani problemlərdən qaynaqlanır.

Teqlər