Okt 15, 2020 10:11 Asia/Baku
  • Parisdə komendant saatı tətbiq ediləcək

Oktyabrın 17-dən Fransa paytaxtında və bölgələrdə komendant saatı tətbiq ediləcək

SəhərAzəri APA-ya istinadla xəbər verir, Fransa Prezidenti Emmanul Makron yerli televiziyaya açıqlamasında bildirib, Fransada paytaxt Paris də daxil olmaqla, Lill, Marsel, Tuluza, Ruane, Sent-Etien, Monpele, Grenoble və Lyonda COVID-19-la əlaqədar bu həftənin şənbə günündən komendant saatı tətbiq olunacaq.

Onun sözlərinə görə, komendant saatı oktyabrın 17-dən etibarən saat 21.00-dan 06.00-a qədər qüvvədə olacaq: Komendant rejimi dörd həftə davam edəcək. Komendant saatının pozulmasına  görə 135 avro cərimə tətbiq ediləcək. Təkrar qaydanı pozanlar üçün 1,5 min avro cərimə nəzərdə tutulub. Mənə elə gəlir ki, bunun lazımi təsiri olacaq”. 

Makron, eyni zamanda ölkədə epidemioloji vəziyyətə nəzarətin itirilmədiyini vurğulayaraq, koronavirusun ikinci dalğasının başladığını bildirib.

Teqlər