Trampın 14 yaşlı oğlu koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/dünya-i368414-trampın_14_yaşlı_oğlu_koronavirusa_yoluxub
ABŞ prezidentinin arvadı Melaniya Tramp, oğlunun koronavirusa yoluxmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2020 09:18 Asia/Baku
  • Trampın 14 yaşlı oğlu koronavirusa yoluxub

ABŞ prezidentinin arvadı Melaniya Tramp, oğlunun koronavirusa yoluxmasından xəbər verib.

SəhərAzəri xəbər verir, 20 mart 2006-cı il təvəllüdlü Berron Uilyam Tramp/ Trampın ən kiçik və Melaniya Trampdan olan yeganə uşağıdır.

Melaniya Tramp çərşənbə günü bildiribdir ki, onun 14 yaşlı oğlu Berronun koronavirus testi pozitivdir.

Trampın oğlunun koronavirusa yoluxması elə bir halda yayılır ki, Ağ Ev keçən həftələrdə COVID-19-a yoluxmuş onun atası Donald Trampın «SARS COV-2» testinin neqativ olduğunu bildirmişdi.

Donald Trampın koronavirus analizinin nəticəsi ötən cümə axşamı günü, yəni Klivlend şəhərində Co Baydenlə ilk debatından 48 saat sonra müsbət elan olunmuşdu.

Donald Tramp «SARS COV-2» testinin pozitiv elan olunmasından sonra Vaşinqton ətrafında yerləşən «Uolter Rid» hospitalında təkcə üç gecə müalicə aldı və sonradan Ağ Ev-ə geri döndü.