Okt 16, 2020 15:04 Asia/Baku
  • İngiltərədə koronavirusun dərin nəticələri

Koronavirusdan ölənlərin sayı baxımından Avropada rekord qazanmış İngiltərə son günlər bu qitədə pandemiyanın maksimum sürətini də öz adına qeydə aldırıbdır.

SəhərAzəri xəbər verir, Koronavirus pandemiyası İngiltərədə elə dərin və geniş nəticələr veribdir ki, hər bir rəsmi şəxs ağzını açarkən xalq COVID-19 pandemiyasının yayılması, xəstələr və xəstəxanaların vəziyyəti, gediş-gəlişlər və əmək fəaliyyətlərində məhdudiyyətlərin yaradılması və şəhərlərin tətil edilmələri barədə daha artıq nigaran olur.

London meri Sadiq xan deyib: "Bu pandemiyada Londonun şəraiti cari ilin yazından bəri daha da pisləşibdir. Minlərlə vətəndaş həyatını itirib. İqtisadiyyat pozulub. Pandemiya genişlənməkdədir və koronavirus testləri çatışmazlığı ilə Londonda daha artıq məhdudiyyətlərin tətbiqindən savayı bir çarə qalmayıbdır".

İngiltərə hökuməti 9 milyon nəfərlik London şəhərində koronavirus xəbərdarlığını Eseks, York və Derbi-Şayr bölgələri ilə yanaşı, orta koronavirus vəziyyətindən yüksək koronavirus vəziyyətinə qaldırıb və bu şəhər və bölgələr Liverpul və Mançester şəhərlərinin böhranlı səviyyəsinə yaxınlaşıblar. Bu bölgələrdə məhdudiyyətlər daha da kəskinləşibdir.

İngiltərənin səhiyyə naziri Met Henkok deyib: "Pandemiya təhdidi ciddi və ölümcül olmaqda davam edir. Avropada bir həftədə yoluxanların sayı 40% artıb. İtaliya, Belçika və Niderlandda iki həftə ərzində ikiqat artıbdır. İngiltərədə iyun ayının əvvəlindən bəri maksimum ölüm sayını təcrübə etmişik və bu ölümcül pandemiya hazırda sürətlə ölkəmizdə yayılmaqdadır".

Hakim partiya ilə rəqib siyasətçilər də Boris Conson hökumətinə qarşı hücumlarını artırıblar. İngiltərə Leyboristlər partiyasının lideri deyib: "Hökumətin pandemiyanın yayılmasını yavaşıtmaq üzrə heç bir təsirli proqramı yoxdur. Koronavirusun aradan qaldırılması qüdrəti hökumətin əlindən çıxıbdır".

Bu arada bəzi adi insanların sözləri ingilis rəsmilərin sözlərindən daha ümidverici görünür, Onlar deyirlər: "Bu pandemiya və onun nəticələri üçün ecazkar bir həll yolu yoxdur. Xalq pozitiv düşünməlidir, yoxsa deyinmək, problemi həll etməyəcək".

Teqlər