Rusiya "yeni start" müqaviləsini uzatmaq istəyir
https://azeri.sahartv.ir/news/dünya-i368622-rusiya_yeni_start_müqaviləsini_uzatmaq_istəyir
Rusiya prezident administrasiyasının sözçüsü deyib: "Rəsmi Moskva ilkin şərt olmadan "Yeni Start" müqaviləsini uzatmaqda maraqlıdır".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2020 05:46 Asia/Baku
  • Rusiya

Rusiya prezident administrasiyasının sözçüsü deyib: "Rəsmi Moskva ilkin şərt olmadan "Yeni Start" müqaviləsini uzatmaqda maraqlıdır".

SəhərAzəri xəbər verir, Dimitri Peskov Moskvanın qeyd-şərtsiz "Yeni Start" müqaviləsini uzatmaq istədiyini bəyan edərək, xatırladıb: "Rəsmi Moskva, ABŞ-ın "Yeni Start" müqaviləsini uzatmağa hazırlıq ifadə etməsinə tərcih edir; çünki, bu müqavilənin rədd edilməsi dünya üçün çox mənfi nəticələrə gətirib çıxara bilər". 

Rusiya prezidenti Vladimir Putin oktyabrın 16-da ABŞ-a məlum müqaviləni qeyd-şərtsiz olaraq, bir il uzatmağı təklif edib. Lakin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brien Putinin bu təklifini destruktiv adlandırıb və onu rədd edib.

2010-cu ildə Rusiya ilə ABŞ arasında əldə edilən "Yeni Start" Sazişinə əsasən, iki ölkə 700 qitələrarası ballistik raketlər və bombardmançı təyyarələr üzərinə quraşdırılmış 1550 ədəd strateji nüvə başlığını ixtisar etməyə dair razılığa gəliblər.