Okt 20, 2020 15:35 Asia/Baku
  • Nigeriyada xalq etirazları dağıdılıb

Nigeriyanın polis və təhlükəsizlik qüvvələri, polis zorakılığına qarşı aksiya keçirənləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

SəhərAzəri xəbər verir, Nigeriyada polis zorakılığına etiraz edənlərdən yüzlərlə nəfər bu ölkənin iqtisadi paytaxtı olan Laqos şəhərinin beynəlxalq hava limanına gedən yolu bağlayıblar.

Əsasən gənclərdən ibarət olan etirazçılar əllərində Nigeriya polisinin zorakı rəftarını pisləyən bayraq və plakatlar tutaraq, avtomobillərin Laqos Bəynəlxalq Hava Limanına giriş-çıxışına mane olublar.

Polis qüvvələri etirazçılara hücum edib, gözyaşardıcı qaz tətbiq edərək, onları dağıtmağa çalışıblar.

Nigeriyada gənclərin polis zorakılığına qarşı etiraz hərəkatı cari il oktyabrın ortalarından və bir kişinin xüsusi təyinatlı polis qüvvələri tərəfindən öldürülməsindən sonra başlayıb.

Nigeriya polisi son illərdə vətəndaşları qorxutmaq, qanunsuz həbslər, işgəncə və hətta qətldə ittiham olunub.

Teqlər