Tramp: ABŞ-da mətbuat azadlığı yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i369040-tramp_abŞ_da_mətbuat_azadlığı_yoxdur
ABŞ prezidenti Donald Tramp ölkə mətbuatını kəskin tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2020 17:09 Asia/Baku
  • Tramp: ABŞ-da mətbuat azadlığı yoxdur

ABŞ prezidenti Donald Tramp ölkə mətbuatını kəskin tənqid edib.

 SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə ABŞ lideri özünün tvitter hesabında yazıb.

“ABŞ-da mətbuat azadlığı yoxdur. Bizdə hadisələrə görməzdən gəlmək və ya feyk (uydurma) xəbərlər var. Son iki həftə ərzində mediamızın nə qədər rüşvətxor olması barədə çox şey öyrəndik. Media və böyük texnoloji şirkətlər Baydenin korrupsioner olduğunu işıqlandırmır”.

Qeyd edək ki, Tramp dəfələrlə Amerika mediasını prezident seçkilərində rəqibi, demokrat Co Baydenin ailəsinin korrupsiya əməllərini ört-basdır etməyə çalışmaqda günahlandırıb.

Trampın sözlərinə görə, ABŞ-dakı media ölkədəki koronavirusla bağlı vəziyyəti həddən artıq aktiv şəkildə göstərir və digər hadisələrə daha az diqqət yetirir.