ABŞ-da "Zeta" qasırğası 6 nəfərin həyatına son qoyub
https://azeri.sahartv.ir/news/dünya-i369050-abŞ_da_zeta_qasırğası_6_nəfərin_həyatına_son_qoyub
ABŞ-ın cənubunda tüğyan edən “Zeta” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2020 05:54 Asia/Baku
  • ABŞ-da

ABŞ-ın cənubunda tüğyan edən “Zeta” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

SəhərAzəri xəbər verir, bu barədə “Associated Press” məlumat yayıb.

Bundan əvvəl ABC TV” teleşirkəti təbii fəlakət qurbanlarının üçü barədə məlumat vermişdi. Yeni məlumatlara görə, Alabama, Corciya və Luiziana ştatlarında ümumilikdə altı nəfər ölüb. Qasırğa səbəbindən 2,6 milyondan çox ev işıqsız qalıb.