Noy 03, 2020 10:32 Asia/Baku
  • Vyanada silahlı insident baş verib; ölənlər var YENİLƏNİB

Avstriyanın paytaxtı Vyananın mərkəzində, sinaqoq yaxınlığında silahlı insident baş verib, nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

 SəhərAzəri yerli mənbələrə istinadən xəbər verir, noyabrın 2-də axşam bir qrup naməlum şəxs Avstriya paytaxtında altı yerdə hücumlar təşkil edib. Son məlumata görə, atışma nəticəsində 4 nəfər həlak olub. onlardan 3-ü mülki şəxs və biri də zərərsizləşdirilən terrorçudur,15 nəfər yaralanıb, onların arasında ağır yaralanmış bir polis əməkdaşı da var.

Hücum edənlərdən yalnız birini zərərsizləşdirmək mümkün olub, digərləri qaçıb. Hazırda onların axtarışı davam etdirilir. KİV hücumda 7 nəfərin iştirak etdiyini yazır.

Avstriya hakimiyyəti hadisənin terror aktı olduğunu elan edib, vətəndaşları imkan daxilində evdən çıxmamağa çağırıb.

Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında noyabrın 2-də Vyanada baş verən terror aktının İŞİD-lə əlaqəli olduğunu elan edib.

Nazir çıxışında dünən zərərsizləşdirilmiş terrorçunun İŞİD təəssübkeşi olduğunu bildirib.

Qeyd edilib ki, terrorçunun üzərində avtomat silah, külli miqdarda patron və saxta partlayıcı kəmər aşkarlanıb. Eləcə də onun yaşadığı mənzildə aparılan əməliyyat-axtarış tədbirləri terrorçunun şəxsiyyətini müəyyənləşdirməyə imkan verib.

Milli Şuranın və parlamentin iclasları ləğv edilib, məktəblərdə dərslər dayandırılıb. 

 

Teqlər