Noy 03, 2020 14:06 Asia/Baku
  • Avstriyada üçgünlük matəm elan olunub

Avstriya hökuməti noyabrın 2-də Vyana şəhərində törədilən, dörd nəfərin ölümü və 15 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir, noyabrın 5-dək bütün dövlət binalarında Avstriyanın dövlət bayrağı yarıyadək endiriləcək, noyabrın 3-də terror qurbanlarının xatirəsinə ölkədə bir dəqiqəlik sükut olacaq, eləcə də həlak olanların xatirəsi məktəblərdə anılacaq.

Hökumətin açıqlamasında bildirilib ki, Avstriya müxtəliflik, dialoq və qarşılıqlı rəğbətin hökm sürdüyü məkandır və buna görə də noyabrın 2-də baş verən hadisə bütün ölkəni daha ağır şəkildə sarsıdıb. Avstriya hökuməti demokratiya, azadlıq və birgəyaşayış dəyərlərini qətiyyətlə qoruyacaq, beynəlxalq tərəfdaşları ilə birlikdə terrorizm və ekstremizm kimi bəlalara qarşı mübarizə aparacaq.

Qeyd edək ki, Avstriyada sonuncu dəfə ümumölkə matəmi 2004-cü ildə Federal Prezident Tomas Klestilin ölümü ilə əlaqədar elan edilmişdi.

Teqlər