Noy 20, 2020 18:40 Asia/Baku
  • Vyetnamın koronavirusun uğurlu şəkildə aradan qaldırılmasındakı sistemli tədbirləri

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi izəliyici proqramdan istifadəni, sistemli tədbirləri və sürətli reaksiyanı Vyetnamın koronavirusun aradan qaldırılmasındakı uğurunun ən mühüm səbəbləri adlandırıb.

Dr Kidonq Park Ümumdünya Səhiyyə Təşkilatının Vyetnamdakı nümayəndəsi, koronavirus pandemiyasının başlanğıcında sürətli reaksiya və sistemli tədbirlərlə yanaşı, sərhədlərin bağlanması, məhdudiyyətlərin tətbiq olunması, məktəblərin tətil edilməsi, koronavirusun ani diaqnozu üzrə sınaq şüşələrinin düzəldilməsinə səy, karantin və yoluxanların vaxtında müalicə olunmalarının vəziyyətə nəzarət və böhranın idarə edilməsinə səbəb olduğunu bildirib.

Ekspertlər Vyetnamın böhranı idarəetmə tərzi, standart göstəriciləri və statistikalarına istinadla bu qənaətdədirlər ki, bu ölkə həmin yüyənsiz virusun qarşısının alınması, müalicəsi, onunla mübarizə və onun aradan qaldırılmasındakı səmərəli, modern və ahəngdar modeldən istifadə etməklə Cənub-Şərqi Asiya bölgəsindəki ən uğurlu ölkələrdən biridir.

Profilaktika və müalicədə ordu qüvvələrinin işə götürülmələri və təcili karantin üçün hərbi bazaların imkanlarından istifadə, Vyetnamda koronavirusa nəzarətin idarə edilməsinin uğurlu modelinin digər bariz özəlliklərindən hesab olunur.

Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilmiş bu ölkədə koronavirusa yoluxmada şübhəli bilinən şəxslərin vaxtında izlənilmələri və üzə çıxarılmaları sahəsindəki metod olduqca təsirli və məhsuldar olubdur.

Hökumətin dəqiq proqramlaşdırma aparması və xalqın yaxşı həmkarlığı ilə, uzun müddətdir, bu 95 milyon nəfərlik ölkədə yoluxanlar və ölənlərin sayı tək rəqəmlidən sıfıra yaxınlaşıbdır.

Epidemiyanın başlanğıcından bu günə qədər xəstə sayını 1283, ölüm sayını isə 35 olaraq saxlayan konstruktiv tədbirlər.

Teqlər