Rusiya koronavirus peyvəndini digər ölkələrə təqdim etməyə hazırdır
https://azeri.sahartv.ir/news/dünya-i369874-rusiya_koronavirus_peyvəndini_digər_ölkələrə_təqdim_etməyə_hazırdır
Rusiya prezidenti deyib ki, ölkəsi koronavirusa qarşı olan «Sputnik V» peyvəndini digər ölkələrə təqdim etməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2020 08:00 Asia/Baku
  • Rusiya koronavirus peyvəndini digər ölkələrə təqdim etməyə hazırdır

Rusiya prezidenti deyib ki, ölkəsi koronavirusa qarşı olan «Sputnik V» peyvəndini digər ölkələrə təqdim etməyə hazırdır.

SəhərAzəri xəbər verir, Vladimir Putin G-20 sammitində iştirak edən ölkələrin dövlət başçılarına deyibdir ki, Rusiya ehtiyacı olan ölkələrə koronavirusa qarşı yönəlmiş «Sputnik V» peyvəndini təqdim etməyə hazırdır.

Putin bildiribdir ki, Rusiya hazırda koronavirusa qarşı üçüncü vaksin üzərində işləyir.

Ümumdünya Səhiyyə Təşkilatı son zamanlar bildiribdir ki, «Sputnik V» peyvəndini «fövqəladə şəraitdə istifadə olunan məhsullar» adlı siyahıya salmaq üçün bu vaksini istehsal edən rus orqan ilə məşvərətlər aparmaqdadır.

Qeyd edək ki, Rusiyanın «Vektor» adlı ikinci peyvəndinin də təqdimatı olubdur.