Dek 04, 2020 09:42 Asia/Baku
  • Fransa islamofobiya ilə mübarizə aparan QHT-ni bağladı

Fransadakı müsəlmanlara qarşı zülm və ayrı-seçkiliklə bağlı araşdırmalar aparan İslamofobiya ilə Mübarizə Kollektivi (CCİF) Nazirlər Kabinetinin qərarı ilə bağlanılıb.

SəhərAzəri Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Cerald Darmanin Twitter üzərindən verdiyi açıqlamasında, prezident Emmanuel Makronun əmri və Nazirlər Şurasının qərarı ilə CCIF-in ləğv edildiyini bildirib.
CCİF-in neçə ildir islamçı təbliğat apardığını iddia edən Darmanin, Nazirlər Kabinetinin qərarını da paylaşıb.
19 noyabrda CCİF-dən verilən açıqlamada belə qeyd olunmuşdu: “Radikal sağçıların təzyiqinə tabe olaraq daxili işlər naziri CCİF-ə ləğv edilmə prosesinin başladığı barədə bildiriş göndərdi”.
Təşkilatın 29 oktyabrda fəaliyyətinə son verilməsindən sonra, işlərinin böyük bir hissəsini xaricə köçürdüyü vurğulanan açıqlamada, Fransa rəhbərliyinin CCİF baş ofisinin xaricə köçürülməsinə görə, bağlamaqla bağlı addımının heç bir qüvvəsinin olmadığı bildirilib: “CCİF islamofobiya qurbanlarına hüquqi dəstək verməyə davam edəcək və Fransada bərabərlik uğrunda ayrı-seçkiliklə mübarizənin bütün mərhələlərini beynəlxalq qurumlara məlumatlandırmağa davam edəcək”.

Teqlər