Rusiya və Almaniya Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub.
SəhərAzəri xəbər verir, Kremlin mətbuat ofisi açıqlayib ki, Rusiya Prezidenti və Almaniya Kansleri telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.
V. Putin hərbi əməliyyatlara son qoyulması üçün Rusiyanın vasitəçilik səyləri, həmçinin təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın razılığı ilə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə A. Merkel ilə müzakirə edib.
Rusiya Prezidenti və Almaniya kansleri ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığın davam etdirlilməsi barədə razılaşıblar.
Bu açıqlamada qeyd olunub ki, Rusiya və Almaniyanın səhiyyə nazirləri koronavirus peyvəndləri üzərində birlikdə çalışacaqlar.