Dek 12, 2020 20:04 Asia/Baku
  • Makron yenidən Livana gedir

Fransa prezidenti yaxın günlərdə yenidən Livana səfər etməyi planlaşdırır.

SəhərAzəri xəbər verir, Yelisey Sarayından verilən açıqlamada, prezident Makronun 22 və 23 dekabr tarixində Livana səfər edəcəyi bildirilib.

Səfər Beyrut partlayışından sonra Emmanuel Makronun Livan üçün təşəbbüsü və ya iqtisadi planının hələ nəticə vermədiyi bir vaxta təsadüf edir.

Digər tərəfdən, Əl-Müstəqbal hərəkatının başçısı Səəd Həriri 22 oktyabrda yeni Livan hökumətini qurmaq üçün tapşırıq alsa da, indiyə qədər kabinetini dəqiqləşdirə və özünü ölkənin yeni baş naziri kimi təsdiqləyə bilməyib.

Teqlər