ABŞ Dövlət Departamenti Rusiyadakı qalan iki konsulluğunu bağlayır
https://azeri.sahartv.ir/news/dünya-i370947-abŞ_dövlət_departamenti_rusiyadakı_qalan_iki_konsulluğunu_bağlayır
Tramp administrasiyası ABŞ-ın Rusiyadakı qalan iki konsulluğu bağlamaq barədə Konqresə məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2020 15:16 Asia/Baku
  • ABŞ Dövlət Departamenti Rusiyadakı qalan iki konsulluğunu bağlayır

Tramp administrasiyası ABŞ-ın Rusiyadakı qalan iki konsulluğu bağlamaq barədə Konqresə məlumat verib.

SəhərAzəri xəbər verir, “Associated Press” əldə etdiyi məlumatlara istinad edərək açıqlayib ki, ABŞ Dövlət Departamenti bu barədə keçən həftə millət vəkillərinə  bildirib ki, ABŞ Vladivostokdakı konsulluğunu həmişəlik bağlayır və Yekaterinburqda yerləşən müəssisədəki fəaliyyətləri müvəqqəti dayandıracaq.
Bu qərar, ABŞ-ın Rusiyadakı nümayəndə heyətinin Rusiya tərəfindən onlara qoyulan məhdudiyyətlər və Rusiya ilə diplomatik viza qadağası barədə problemlərlə üzləşməsi ilə əlaqədardır.
“Associated Press”-in  məlumatına gorə, qərar barədə 10 dekabrda Konqresə bildirildiyinə baxmayaraq, o zaman bu barədə az diqqət çəkildi.
ABŞ-ın Rusiyadakı konsulluqlarının bağlanmanmasının dəqiq vaxtı hələ açıqlanmayıb.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində Rusiya, Vaşinqtonun Seattle'daki Rusiya konsulluğunu bağlamaq qərarına cavab olaraq ABŞ-ın Sankt-Peterburqdaki konsulluğunun bağlanmasına əmr verib.