Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb
https://azeri.sahartv.ir/news/dünya-i371459-angela_merkel_siyasətdən_gedəcəyi_tarixi_açıqlayıb
Almaniya Kansleri Angela Merkel Almaniya kansleri vəzifəsinə iddia etməyəcəyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2020 19:17 Asia/Baku
  • Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb

Almaniya Kansleri Angela Merkel Almaniya kansleri vəzifəsinə iddia etməyəcəyini açıqlayıb.

SəhərAzəri xəbər verir, bunu Merkel xalqa Yeni illə bağlı müraciəti zamanı deyib.

“9 ay sonra parlamentə seçki olacaq, hansı ki, mən iştirak etməyəcəyəm. Görünən odur ki, bu mənim kansler olaraq sonuncu yeni il müraciətimdir”, – deyə o bildirib.

Qeyd edək ki, Angela Merkel 15 ildir Almaniyanın kansleridir.

Angela Merkel 1954-cü il iyulun 17-də Hamburq şəhərində doğulub. 2005-ci il noyabrın 22-dən Almaniyanın Kansleridir. 2000-ci il aprelin 10-dan isə Xristian Demokrat İttifaqına sədrlik edir.