Güclü qar nəticəsində Fransada iki min evin işığı kəsilib
https://azeri.sahartv.ir/news/dünya-i372154-güclü_qar_nəticəsində_fransada_iki_min_evin_işığı_kəsilib
Fransa elektrikpaylama şəbəkəsi bildirib ki, şənbə günü axşamçağı Elzasda iki minə yaxın ev işıqdan məhrum olubdur.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 17, 2021 13:16 Asia/Baku
  • Güclü qar nəticəsində Fransada iki min evin işığı kəsilib

Fransa elektrikpaylama şəbəkəsi bildirib ki, şənbə günü axşamçağı Elzasda iki minə yaxın ev işıqdan məhrum olubdur.

SəhərAzəri xəbər verir, Fransa elektrikpaylama şəbəkəsi sonra bildiribdir ki, saat 21-dən öncə həmin iki min evin 95 faizinin elektrik şəbəkəsinə qatılmasına çalışır.

Bu mənbə dünən səhər bildirmişdi ki, mənzillərin işığının kəsilməsi başlıca olaraq, Uren, Monstr dərələri, Sen-Mari-u-Min, həmçinin Rufaşın şimal-qərbində baş veribdir.

Cümə günü səhər bölgəni öz təsiri altına almış leysan yağışlarından sonra on iki minə yaxın yaşayış məntəqəsi elektrik enerjisindən məhrum olmuşdu.

Fransa hidrometeoroloigiya idarəsi şənbə günü/ Elzas, Baren və Uren əyalətlərində qar və buzlaşma barədə sarı xəbərdarlıq edibdir.