Yan 20, 2021 10:36 Asia/Baku
  • Yəmənli nazir: Bizdən

Yəmənli nazir: Bizdən "sülh göyərçini" gözləməsinlər... Kateqoriya : XƏBƏRLƏR İSLAM DÜNYASI Yayınlanma tarixi:19.01.2021 10:55:06PaylaşTwitlə Yəmənin Milli Qurtuluş hökumətinin xarici işlər naziri Huşam Şərəf Səudiyyə Ərəbistanı XİN başçısının bəzi ərəb ölkələrindən olan həmkarları ilə görüş zamanı onlardan Yəmənin Səudiyyə Ərəbistanında bəzi hədəflərə hərbi zərbələr endirməsini qınamağı tələb etməsinə cavab verib.

SəhərAzəri  İran medialarının verdiyi məlumata əsasən, Şərəf hərbi təyyarələri Yəmənə dinc sakinləri qətl etməyə göndərənlərin qarşılıq olaraq sülh göyərçini gözləmələrinin sadəlöhvlük olduğunu söyləyib.

Nazir həmçinin rəsmi Ər-Riyadın guya “Ənsarallah” hərəkatı ilə mübarizə aparmaq adı altında dünyanın gözündən pərdə asdığını, əslində isə Yəmən xalqına qarşı soyqırım siyasəti yürütdüyünü vurğulayıb. O bildirib ki, Səud güclərinə qarşı savaşan Yəmən ordusu və xalqıdır.

Teqlər