Rusiya ABŞ-ın təklifini alqışlayıb
Rusiya hökuməti ABŞ prezidenti Co Baydenin «Yeni Start» müqaviləsinin beş il müddətinə uzadılması barədəki təklifini alqışlayıb.
SəhərAzəri xəbər verir, Kreml-in sözçüsü Dmitri Peskov bu gün deyib: Rusiya iki həftədən az bir zamanda bitəcək bu müqavilənin müddətinin uzadılmasını himayə edir və Vaşinqtonun təklif etdiyi layihənin detallarını almağı gözləyir.
Dünən Ağ Ev bildirdi ki, Bayden «Yeni Start» müqaviləsinin beş il müddətinə uzadılması barədə Rusiyaya təklif verib.
Rusiya hökuməti son zamanlar qeyd olunan müqavilənin müddətinin bitməsi zamanının yaxınlaşmasına əsasən, bu haqda Amerikanın keçmiş hökumətinə xəbərdarlıq etmişdi.
Daima iki və çoxtərəfli müahidə və sazişlərdən çıxmaq ardınca olan Amerikanın sabiq prezidenti Donald Trampın hökuməti bundan öncə bildirmişdi ki, Vaşinqton yalnız «xas bir şərait» altında «Yeni Start» müqaviləsini imzalamağa hazırdır.
Bu müqavilənin müddəti 2021-ci ilin fevralında bitəcək.
2010-cu ildə Rusiya ilə Amerika arasında bağlanmış «Yeni Start» müqaviləsinə əsasən, iki ölkə maksimum 700 ədəd qitələrarası ballistik raket və strateji qırıcı-bombardmançı təyyarə üzərində quraşdırılmış öz strateji nüvə başlıqlarının sayını 1550 ədədə qədər məhdudlaşdırmaq barədə razılaşıbdır.
«Yeni Start» müqaviləsi 1991-ci ildə bağlanaraq, müddəti 2009-cu ilin dekabrında bitən «Start» adlı/ strateji silahların azaldılması haqdakı müqaviləni əvəz edir.