Putin 12 il sonra Davosda çıxış edəcək
https://azeri.sahartv.ir/news/dünya-i372480-putin_12_il_sonra_davosda_çıxış_edəcək
Rusiya Prezidenti Vladimir Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2021 15:38 Asia/Baku
  • Putin 12 il sonra Davosda çıxış edəcək

Rusiya Prezidenti Vladimir Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.

SəhərAzəri xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putinin çıxışı açıq formada olacaq. Müzakirələrə gəlincə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Vladimir Putin sonuncu dəfə Davos Dünya İqtisadi Forumunda 2009-cu ildə çıxış edib.