Davos forumu koronavirus təhlükəsinə görə təxirə salınıb
Fev 04, 2021 11:07 Asia/Baku
Dünya İqtisadi Forumu- Davos forumunun illik sessiyası koronavirus pandemiyasının yeni dalğasına görə, təxirə salınıb.
SəhərAzəri xəbər verir, Davos forumunun illik sessiyası bu il Sinqapurun ev sahibliyi ilə keçirilməli idi.
Bu forum 2021-ci il mayın on üçündən on altısınadək keçirilməli və bütün dünyadan olan siyasi xadim və şirkət başçıları forumu keçirmək üçün Sinqapura səfər etməli idilər. Lakin forum avqust ayına saxlanılıb.
Forumun təşkilatçıları bildiriblər ki, 2022-ci il forumu yenidən İsveçrədə keçiriləcək.