ÜST vaksinlərin koronavirusun yeni ştammına qarşı effektivsizliyindən narahatdır
https://azeri.sahartv.ir/news/dünya-i372947-Üst_vaksinlərin_koronavirusun_yeni_ştammına_qarşı_effektivsizliyindən_narahatdır
Vaksinlərin koronavirusun yeni ştammına qarşı effektivsizliyi məsələsi narahatlıq doğurur. Bunu Fransanın AFP agentliyinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2021 05:53 Asia/Baku
  • ÜST vaksinlərin koronavirusun yeni ştammına qarşı effektivsizliyindən narahatdır

Vaksinlərin koronavirusun yeni ştammına qarşı effektivsizliyi məsələsi narahatlıq doğurur. Bunu Fransanın AFP agentliyinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib.

SəhərAzəri xəbər Azərtaca istinadən xəbər verir ki, Klüqe vaksinin koronavirusun yeni variantına qarşı effektivliyi ilə bağlı suala cavabında bu məsələnin böyük narahatlıq doğurduğunu qeyd edib.

O, həmçinin bildirib ki, koronavirusun digər, daha problemli mutasiyalarının peyda olacağı istisna edilmir.

Onun sözlərinə görə, Avropa birgə səylərlə peyvənd kampaniyasını sürətləndirməlidir.

“Biz prosesi sürətləndirmək üçün birləşməliyik. Adətən bir-biri ilə rəqabət aparan əczaçılıq şirkətləri istehsal güclərini birlikdə xeyli artırmalıdırlar. İndi bu, bizim üçün çox vacibdir”, - deyə Klüqe vurğulayıb.