Fev 11, 2021 22:30 Asia/Baku
  • Əfqanıstanda BMT avtomobillərinə hücum olub, ölənlər var

Əfqanıstanda BMT-nin nümayəndəliyinə məxsus iki avtomobil silahlı hücuma məruz qalıb.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, bu barədə “Ariana News” məlumat verib.

Məlumata əsasən, hadisə paytaxt Kabilin Surobi dairəsində, Cəlalabad şəhərinə gedən avtomobil yolunda baş verib.

Nəticədə BMT avtomobilərini müşayiət edən Mühafizə Xidməti Direktorluğunun 5 əməkdaşı həlak olub.

BMT-nin Əfqanıstandakı missiyasının açıqlamasında əməkdaşlarının və avtomobillərinin ziyan çəkmədiyi bildirilir.

Teqlər