ABŞ-da qasırğa 14 nəfərin həyatına son qoyub
ABŞ-da külək və kəskin saxta indiyədək ən azı 14 nəfərin həyatına son qoyub.
SəhərAzəri xəbər verir ki, ABŞ bu günlərdə güclü külək və saxtalı hava ilə əlbəyaxadır.
ABŞ-ın əksər bölgələrində, xüsusilə də cənub ştatlarında misli görünməmiş qar və çovğun bir çox problemlər yaradıb.
Eyni zamanda kəskin hava şəraiti bu ölkənin şimalından cənubuna qədər elektrik enerjisinin kəsilməsinə səbəb olub. Deyilənlərə görə, ABŞ-ın Texas ştatının elektrik şəbəkəsini iflic edən və enerjinin qiymətlərini ən yüksək səviyyəyə qaldıran çovğun daha da şiddətlənməkdədir və hazırda ən azı 5 milyon amerikalını qaranlığa qərq edib.
ABŞ-dakı ekstermal hava şəraiti indiyədək 150 milyon insanın həyatına təsir edib və yaxın günlərdə küləkdən zərər çəkən ərazilərin genişlənəcəyi və daha 50 milyon insanın həyatına təsir edəcəyi gözlənilir.
ABŞ-da koronavirusa qarşı vaksinasiya prosesi də küləkdən təsirlənib və klinikaların və müalicə mərkəzlərinin bağlanması ilə vaksinasiya prosesi xeyli yavaşlayıb.
ABŞ prezidenti Co Bayden Texas ştatında fövqəladə vəziyyət elan edib.
ABŞ-ın cənub ştatlarında havanın temperaturu hazırda 22 dərəcə saxtadır, hal bu ki, fevral ayında ABŞ-ın mərkəzi və cənub hissələrində havanın temperaturu adətən 20-24 dərəcə isti olur.