Fev 18, 2021 21:07 Asia/Baku
  • ABŞ-da su və işıq böhranı nəticəsində 37 nəfər vəfat edib

Son altı gün ərzində Amerikanın cənub və mərkəzi bölgələrindəki kəskin soyuqlardan irəli gələn su və işıq böhranı azı 37 nəfərin ölümünə səbəb olub.

SəhərAzəri xəbər verir, Amerikanın cənub və mərkəzi bölgələrində şaxtaların törətdiyi tələfatın sayının artmaqda olmasına görə, milyonlarla nəfərin işığı kəsillməkdə davam edir.

ABŞ rəsmiləri qeyd olunan bölgələrdə şaxtalar və onlardan yüz milyon nəfərdən çox insan üçün törənən problemlər barədə xəbərdarlıq ediblər.

Qasırğa və kəskin soyuqlar Amerikanın cənub və mərkəzi bölgələrində qar yağıntısına səbəb olub və bu bölgələrin sakinlərinin şəraitlərini daha da çətinləşdirib və onları elektrikin kəsilməsindən yaranan problemlər və içməli su çətinlikləri ilə üzləşdiribdir.

Kəskin şaxtalardan təsir alan bölgələrin bəzi sakinləri su və elektrik kəsilməsi böhranından xilas olmaq üçün digər bölgələrə sığınmaqdadırlar. Avtomobillərin yanacaqları, benzin təmini problemləri və şose yollarının qeyri-münasib vəziyyəti durumu daha da mürəkkəbləşdiribdir.

Teqlər