Fev 25, 2021 21:49 Asia/Baku
  • Rusiya Ermənistandakı çevriliş cəhdinə münasibət bildirib

Kremlin mətbuat katibi Ermənistandakı bu günkü hadisələrə reaksiyada, deyib: "Moskva Ermənistan hadisələrini narahatlıqla izləyir".

SaharAzeri xəbər verir, Rusiya hökumətinin mətbuat katibi Dimitri Peskov da Ermənistanın son hadisələri ilə bağlı narahatlıq ifadə edib və deyib: "Ermənistandakı hadisələri narahatlıqla izləyirik. Bunun Ermənistanın daxili işi olduğuna inanırıq və Ermənistanı Qafqazda çox mühüm bir ölkə və yaxın bir müttəfiq hesab edirik".

Kremlin sözçüsü əlavə edib: "Bütün tərəfləri təmkinli olmağa çağırırıq və gərginliyin konstitusiya çərçivəsində aradan qaldırılacağına ümid edirik."

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisini vəzifəsindən azad edib.

Buna səbəb onun Paşinyanın istefasını tələb etməsi olub.

Teqlər