ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i373950-abŞ_da_navalnı_ilə_bağlı_rusiyaya_sanksiya_tətbiq_edib
ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2021 21:12 Asia/Baku
  • ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.

SəhərAzəri xəbər verir, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.

“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib.