Tamaşaçıların Tokio olimpiya məşəlinin daşınması mərasimində iştirakı qadağan edilib
Mart 09, 2021 20:56 Asia/Baku
Tamaşaçıların Tokio olimpiya məşəlinin daşınması mərasimində iştirakı qadağan edilib.
SəhərAzəri xəbər verir, martın 25-də Fokosimada keçiriləcək mərasimdə əhalinin izdihamından qorxan təşkilatçılar öncədən planlaşdırdıqları üç min tamaşaçının bu mərasimdə iştirakını qadağan edəcəklər.
Tokio olimpiya oyunları komitəsi hələ yayılan məlumata cavab verməyibdir.
2020 oyunlarının təşkilat komitəsi həmçinin məşəlin daşınması barədə sərəncam verərək, tamaşaçılardan istəmişdi ki, təşviq etməkdən və izdihamdan çəkinsinlər.
Həddən artıq izdiham təqdirində, məşəlin daşınması dayandırıla bilər.
Koronavirus pandemiyasına görə, bundan öncə xarici tamaşaçıların olimpiya və paralimpiya oyunlarında iştirak etməmələri barədə söz-söhbətlər getmişdi.