Yaponiyaya Filippindən gəlmiş şəxsdə koronavirusun yeni ştammı aşkar edilib
https://azeri.sahartv.ir/news/dünya-i374352-yaponiyaya_filippindən_gəlmiş_şəxsdə_koronavirusun_yeni_ştammı_aşkar_edilib
Yaponiyaya fevralda Filippindən gəlmiş kişidə koronavirusun yeni ştammı aşkar edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2021 07:11 Asia/Baku
  • Yaponiyaya Filippindən gəlmiş şəxsdə koronavirusun yeni ştammı aşkar edilib

Yaponiyaya fevralda Filippindən gəlmiş kişidə koronavirusun yeni ştammı aşkar edilib.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki,bu barədə Kyodo agentliyi Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu ştamm əvvəllər koronavirusun Böyük Britaniya, Cənubi Afrika Respublikası və Braziliyada aşkar edilmiş mutasiyaları qədər təhlükəlidir.

Xatırladaq ki, koronavirusun Böyük Britaniya ştammı aşkar edildikdən sonra Yaponiyada dünyanın bütün ölkələrinin və regionlarının vətəndaşlarına viza verilişi dayandırılıb. Bu qadağa ötən il dekabrın 28-də qüvvəyə minib. İlkin olaraq, onun yanvarın sonunadək qüvvədə olması nəzərdə tutulsa da, sonradan bu müddət fövqəladə vəziyyət rejimi ilə birlikdə martın 21-dək uzadılıb.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada ümumilikdə koronavirusa yoluxanların sayı 445 min nəfəri ötüb. Onlardan 8,4 mininin həyatını itirdiyi qeyd edilir.