Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib
https://azeri.sahartv.ir/news/dünya-i374407-yaponiya_paytaxtı_üzərində_yanan_asteroid_parçası_müşahidə_edilib
Martın 14-nə keçən gecə Yaponiya paytaxtının sakinləri şəhər üzərində odlu şar müşahidə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2021 16:47 Asia/Baku
  • Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib

Martın 14-nə keçən gecə Yaponiya paytaxtının sakinləri şəhər üzərində odlu şar müşahidə ediblər.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, bu odlu şar Tokio da daxil olmaqla Kanto regionunun səmasında gecə saat 3-dən sonra müşahidə edilib.

NHK telekanalının paytaxtın Şincuku rayonunda yerləşən kameralarında ekranın sağında yuxarı hissədə meydana gələn odlu şar aşağı sol küncə doğru hərəkət edib.

NHK telekanalının Tokionun Çyuo rayonunda yerləşən kameraları da buna bənzər kadrları qeydə alıb.

Mütəxəssislərin qənaətinə görə, yerli sakinlər yerin atmosferinə daxil olarkən yanan asteroid parçasını müşahidə ediblər.