ABŞ Rusiyanı silah ixracı-idxalı qadağan olunan ölkələr siyahısına daxil edib
https://azeri.sahartv.ir/news/dünya-i374545-abŞ_rusiyanı_silah_ixracı_idxalı_qadağan_olunan_ölkələr_siyahısına_daxil_edib
ABŞ Rusiyanı silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2021 19:40 Asia/Baku
  • ABŞ Rusiyanı silah ixracı-idxalı qadağan olunan ölkələr siyahısına daxil edib

ABŞ Rusiyanı silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edib.

SəhərAzəri - APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən sənəddə bildirilib.

 Sənədin martın 18-dən qüvvəyə minəcəyi bildirilib.

 Sənədə görə, Rusiya Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə eyni siyahıda yer alıb.

 Kosmos sahəsində və kommersiya xarakterli kosmik buraxılışlar sahəsində dövlətlərarası əməkdaşlıq çərçivəsində sentyabrın 1-dək olan əməliyyatlar üçün istisnalar edilib.