Mart 23, 2021 12:28 Asia/Baku
  • Lavrov Pekində: AB ilə münasibətlərimiz yoxdur

Rusiyanın Avropa Birliyi ilə təşkilat kimi münasibətləri yoxdur.

SəhərAzəri  rianovosti-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, Brüsselin birtərəfli addımları ucbatından bu münasibətlərin bütün infrastrukturunun dağıldığını bildirib:

“Avropa bu münasibətləri qoparıb, uzun illər ərzində yaradılan bütün mexanizmləri sadəcə dağıdıb və bizim tərəfdaş kimi sadəcə ayrı-ayrı Avropa ölkələri qalıb. Onlar öz milli maraqlarını rəhbər tutmaq istəyirlər. Bu, Rusiya və Çin arasında münasibətlərin sürətlə inkişaf etməsinə gətirib çıxarır”.

 

Teqlər