Mart 23, 2021 23:51 Asia/Baku
  • Britaniya Rusiyanı ən böyük təhlükə elan etdi

Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanan Silahlı Qüvvələrin modernləşdirmə strategiyasında Rusiyanın Avropa təhlükəsizliyi üçün “ən böyük” nüvə və hərbi təhlükə formalaşdırdığı bildirilib.

SəhərAzəri - Sputnik  xəbər verir ki, “Defence in a competitive age” başlıqlı 76 səhifəlik sənəddə Rusiya Silahlı Qüvvələrinin yenilənməsi, bütün hökumət fəaliyyətlərini birləşdirmək bacarığı və risk etmək istəməsinin Rusiyanı istedadlı və gözlənilməz bir oyunçuya çevirdiyi qeyd edilib.

 Strategiyanın mətnində belə qeyd edilir: “Rusiya yüksək təsirli hava hücumundan müdafiə sisteminin köməyi ilə uzaq məsafədən yüksək dəqiqliklə hücumlar etmək və Böyük Britaniyanı və müttəfiqlərini hərəkət azadlığından məhrum etmək qabiliyyətinə malikdir. Buna görə də, Rusiya Böyük Britanıyanın qüvvələrini dəstəkləmək və Avropa, Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki maraqlarını qorumaq qabiliyyətinə ciddi bir təhlükə formalaşdıra bilər”.

 Moskvanın rabitə kabellərinə zərər verə biləcək sualtı donanma və dərin dəniz avadanlığı yaratmağa sərmayə yatırdığı bildirilən sənəddə, Rusiyanın döyüş başlıqlarını düşmən sahillərinə çatdıra bilən torpedalar inkişaf etdirdiyi qeyd edilib.

 Britaniyanın Qara dəniz, Arktika, Baltik və Qərbi Balkanlar bölgələrində mövcudluğunu genişləndirməyi planlaşdırdığı bildirilib.

 Britaniyanın yaxın 4 ildə ordunun tələbatları üçün 85 milyard funt-sterlinq xərcləmək istədiyi də qeyd edilib.

 

Teqlər