NATO Rusiyanın hərəkətlərini təhdid adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i374812-nato_rusiyanın_hərəkətlərini_təhdid_adlandırıb
NATO Rusiyanın hərəkətlərini ittifaq üçün təhlükə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2021 07:50 Asia/Baku
  • NATO Rusiyanın hərəkətlərini təhdid adlandırıb

NATO Rusiyanın hərəkətlərini ittifaq üçün təhlükə adlandırıb.

SəhərAzəri 252-ci qəzetə istinadən xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən ilk günün toplantısından sonra verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, Rusiyanın aqressiv hərəkətləri Avroatlant alyansın təhlükəsizliyi üçün təhdiddir. Bəyanatda o da vurğulanıb ki, bu fonda transatlantik tərəfdaşlıq müttəfiqlərin kollektiv müdafiəsinin açarı olaraq qalacaq.

Eyni zamanda bildirilib ki, NATO yalnız müdafiə ittifaqı olduğunu, heç bir ölkəyə təhlükə yaratmadığını israr edir.