Mart 26, 2021 12:47 Asia/Baku
  • Süveyş kanalının yenidən açılması həftələr sürəcək

Süveyş kanalının yenidən açılmasının ehtimal üzrə həftələr sürəcəyi barədə xəbərlərin yayılması ilə dünya bazarlarında neftin qiyməti tələbin təmin edilməsilə bağlı nigarançılığa görə, artıbdır.

SəhərAzəri xəbər verir ki, ekspertlərin və bəzi fəal şirkətlərin Süveyş kanalının yenidən açılmasının ehtimal üzrə həftələr sürəcəyini bildirmələrindən sonra dünya bazarlarında neftin qiyməti artıb. Süveyş kanalının yenidən açılmasında təxir, ticarət mallarının, həmçinin xam neftin və onun məmulatlarının daşınmasında təxirə bais olacaq. Hal-hazırda Süveyş kanalının arxasında ticarət gəmilərindən ibarət böyük bir izdiham və tıxac yaranıbdır.

Bu gün dünya bazarlarında Brent neftinin qiyməti 93 sent artımla 62 dollar 88 sentə çatıb. Əlbəttə, bu qiymətlə sövdələşmə, xəbərin yayıldığı anda qeydə alınıbdır.

Amerikanın «Vest Texas» neftinin qiyməti də bir dollar altı sent artımla 59 dollar 62 sentə satılır.

Hərçənd neftin qiyməti bu gün artımlı olub, amma yenə də özünün üçüncü həftəlik azalmasını təkrar edibdir.

Ötən günlərdə neftin qiymətinin azalması Avropa ölkələrində bir daha karantinin başlanmasına görə olubdur ki, bu da neft tələbi üçün ciddi təhdid hesab olunur.

Süveyş kanalı dünya səviyyəsində ən çox gediş-gəlişli su yollarından sayılır. Belə ki, hər gün bu yolla Asiya ilə Avropa arasında əsas ticarət malları, o sıradan müxtəlif taxıl məhsulları, xam neft və onun məmulatları alver edilir.

Bir yapon şirkətə məxsus olan nəhəng cüssəli «Evergreen» gəmisi çərşənbə axşamı günü səhər saatlarından bu yolu bağlayıb və əslində iki qitə arasında bu cür əsas malların köçürülməsi üçün maneə yaradıbdır.

Ölkələrin başçıları göstərişlər veriblər ki, kanalın açılacağı zamanadək gəmilərin bu su yoluna girişlərinin qarşısı alınsın və buna görə, Süveyş kanalının arxasında ticarət gəmilərindən ibarət böyük bir izdiham və tıxac yaranıbdır.

Süveyş kanalının yenidən açılması sahəsində fəaliyyət göstərən bir şirkət bildiribdir ki, bu gəminin çıxarılması bəlkə də həftələr sürsün.

«Tusiyaki Fudzivara» adlı bir yapon şirkətin məsul şəxslərindən biri belə deyib: Gəminin azad edilməsi əməliyyatının haçan nəticə verəcəyi bəlli deyil.

O, sonra deyib: Biz hətta bilmirik ki, əməliyyat nə qədər irəliləyir. Gəmini xilasetmə əməliyyatının məmurları hələ indi gəminin burnunun altında yeri qazmaqdadırlar. Onlar dənizin suyunun çəkilməsindən sonra əməliyyatı bərpa etmək istəyirlər.

Əsas mallar üzrə analitik Satura Yuşida bildirib ki, Süveyş kanalının bağlanması ilə əsas malların təqdimində problemin yaranmasından olan nigarançılıq artaraq, tələbin təmini üzrə digər bir nigarançılıq doğurubdur.

Kepler şirkətinin dəniz statistikalarına əsasən, hər gün dəniz vasitəsilə daşınan otuz doqquz tam onda iki milyon barrel xam neftin, gündə bir tam yüzdə yetmiş dörd milyon barreli Süveyş kanalından keçir. Bundan əlavə, benzin də daxil olmaqla bir tam yüzdə əlli dörd milyon barrel emal olunmuş neft də məhz bu kanaldan keçir. Bütövlükdə dünya məhsulları ticarətinin doqquz faizi dəniz vasitəsilə həyata keçirilir.

Bir yapon şirkətə məxsus və uzunluğu 400 metr olan nəhəng cüssəli «Evergreen» gəmisi çərşənbə axşamı günü səhər saatlarında Çindən Niderlandın Rotterdam limanına doğru hərəkət marşrutunda güclü külək səbəbindən Süveyş kanalında yolundan yayınıb və kanalın şərq divarına ilişib. Hazırda yol hər iki tərəfdən bağlıdır və gəmilərin gediş-gəlişi imkanı yoxdur. Süveyş kanalının arxasında ticarət gəmilərindən ibarət böyük bir izdiham və tıxac yaranıb.

Bu hadisə və kanalın yenidən açılmasının ehtimal üzrə həftələr sürəcəyi xəbəri əsas malların təmini ilə bağlı nigarançılıqları artırıbdır.

Asiya və Avropa qitələri arasındakı ticarətin on iki faizi məhz bu kanal vasitəsilə həyata keçirilir.

Teqlər