Çin ABŞ və Kanadaya qarşı cavab sanksiyası tətbiq edib
https://azeri.sahartv.ir/news/dünya-i374961-Çin_abŞ_və_kanadaya_qarşı_cavab_sanksiyası_tətbiq_edib
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Sincan-Uyğur Muxtar Vilayətindəki vəziyyətlə əlaqədar ABŞ və Kanadadan olan bir neçə fiziki və hüquqi şəxsə qarşı cavab sanksiyası tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2021 14:58 Asia/Baku
  • Çin ABŞ və Kanadaya qarşı cavab sanksiyası tətbiq edib

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Sincan-Uyğur Muxtar Vilayətindəki vəziyyətlə əlaqədar ABŞ və Kanadadan olan bir neçə fiziki və hüquqi şəxsə qarşı cavab sanksiyası tətbiq edib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya tətbiq olunan şəxslər arasında ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəhbəri Toni Perkins, Kanada parlamentinin üzvü Maykl Çonk da var.

Kanada Qanunverici Məclisinin İcmalar Palatasının Beynəlxalq İnkişaf Komitəsi də sanksiya tətbiq olunan orqanlar sırasında yer alıb.

Çin XİN bildirib ki, bu sanksiyalar ABŞ və Kanadanın martın 22-də tətbiq etdiyi birtərəfli sanksiyalara cavabdır.