Mart 31, 2021 19:41 Asia/Baku
  • NATO Rusiyanı saymır, hər şeydən imtina edir - Lavrov

NATO Rusiyanın təklif etdiyi hərbi etimad tədbirləri təklifini müzakirə etmək istəmir.

SəhərAzəri  Axar.az-a istinadla  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 “NATO-çular hərbi etimad məsələsini müzakirə etməkdən belə imtina edirlər. Onlar təlimlərin təmas xəttindən razılaşdırılmış distansiyaya çəkilməsini, təyyarə və gəmilərin maksimal distansiyasını da müzakirə etmək istəmirlər”, - deyə o bildirib.

 Lavrov Rusiyanın BMT TŞ-nin beş daimi üzvü ilə liderlərin görüşü üçün konsultasiyalar apardığını deyib. Nazir bu beşliyin dünyada çox vacib rol oynadığını bildirib:

 “Biz indi düşünürük ki, bu ideyanı necə reallaşdıraq. Tərəfdaşlarımızla konsultasiyalar aparırıq. Ümid edirəm ki, danışıq baş tutacaq. Bu, çox vacibdir”.

Teqlər