Bu asılılıq Rusiya üçün təhdiddir - Roqozin
https://azeri.sahartv.ir/news/dünya-i375233-bu_asılılıq_rusiya_üçün_təhdiddir_roqozin
Xarici proqramlardan asılılıq Rusiyanın milli təhlükəsizliyinə təhdidlərdən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2021 18:38 Asia/Baku
  • Bu asılılıq Rusiya üçün təhdiddir - Roqozin

Xarici proqramlardan asılılıq Rusiyanın milli təhlükəsizliyinə təhdidlərdən biridir.

SəhərAzəri xəbər verir ki, bu sözləri "Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib.

"İdxal olunan proqram təminatından asılılıq yalnız "Roskosmos" dövlət korporasiyasının informasiya təhlükəsizliyinə mənfi təsir göstərmir, ümumiyyətlə Rusiyanın milli təhlükəsizliyini də təhdid edən amillərdən biridir.

"Roskosmos" "Rostelekom" və "Qazpromneft"lə güclərini birləşdirir və ən böyük proqram təminatı və informasiya texnologiyaları istehlakçıları birliyini qurur", - Roqozin bildirib.