Apr 09, 2021 15:21 Asia/Baku
  • İtaliya şirkətlərinin yarısından çoxu müflis olmaq təhlükəsi qarşısındadır

Koronavirusun İtaliya iqtisadiyyatında buraxdığı ağır nəticələrin davamında bu ölkədəki şirkətlərin təqribən yarısından çoxu müflis olmaq təhlükəsi qarşısındadır.

SəhərAzəri xəbər verir ki, İtaliyada koronavirus böhranının davam etməsindən qaynaqlanan ağır nəticələr hər gün bu ölkə iqtisadiyyatından daha böyük bölmələri özünə tərəf çəkməkdədir.

İtaliya statistika mərkəzi özünün ən son hesabatında bildiribdir ki, bu ölkədə kiçik və orta şirkətlərin 45 faizi müflis olmaq və fəaliyyətini dayandırmaq təhlükəsi qarşısındadır.

Bu hesabata əsasən, müflis olmaq təhlükəsi qarşısında duran şikətlərin əksər hissəsi, hava nəqliyyatı və səyahət agentlikləri xüsusiyyət təşkil etməklə, turizm sektorundadır.

m.m- Turizm fəalları, xüsusən səyahət agentlikləri artıq finiş xəttinə çatıblar, zira ötən bir ildə koronavirus pandemiyasından maksimum zərərə düçar olublar. Biz daha gələcəyə belə, nikbin deyilik.

İtaliya aviaşirkətlərinin işçiləri «Avropa Birliyinin onların problemlərinə məhəl qoymaması» adlandırılan məsələyə etiraz edirlər.

m.m- Doğrudan da inanılası deyildir ki, Avropa Birliyi bu çətin iqtisadi şəraitdə yalnız Avropanın şimalındakı böyük gücləri, xüsusən Almaniya və Fransanı himayə edir və müflis olmaq və öz işçilərini işdən çıxarmaq ərəfəsində duran İtaliyanın hava yolları şirkətlərinə heç bir kömək etmir.

Xatırladaq ki, İtaliya Avropa Birliyinin üçüncü iri iqtisadiyyatı sayılır. Belə bir halda, İtaliya peşələr konfederasiyasının məlumatına görə, ötən səkkiz ildə bu ölkədəki iqtisadi böhran, İtaliyanın iri şəhərlərinin tarixi mərkəzlərində 77 min mağazanın bağlanmasına gətirib çıxarıbdır ki, onun nəzərəçarpacaq hissəsi keçən bir ilə aiddir.

Teqlər