Apr 25, 2021 00:37 Asia/Baku
  • «İngenuity» helikopteri Mars üzərində

Amerikanın NASA təşkilatının «İngenuity» helikopteri Mars üzərindəki ikinci sınaq uçuşunda bu planetin səthindən rəngli təsvir qeydə alaraq, yerə göndərib.

SəhərAzəri xəbər verir ki, bu pilotsuz uçuş aparatı Mars üzərindəki tarixi bir uçuşda ilk dəfə olaraq bu planetin səthindən rəngli təsvir qeydə alaraq, yerə göndəribdir.

Yer ilə marsın sıxlıqları arasındakı fərq bu uçuşu çətinləşdirsə də «İngenuity» helikopteri bu işin öhdəsindən gələ bilibdir. Bu pilotsuz uçuş aparatının Mars üzərində bütövlükdə beş uçuş həyata keçirməsi qərara alınıb.

Aprelin 19-da «İngenuity» helikopteri Mars planeti üzərində qısa və uğurlu bir uçuş həyata keçirmiş və heç bir problem olmadan bir daha Marsın üzərinə enə bilmişdi.

Bu, tarixi bir uçuş adlandırılıb, zira ilk dəfə olaraq insan yer planetindən kənar bir planet üzərində mühərrikli bir nəqliyyat vasitəsini uçuşa gətirib və uçuşa nəzarəti də Marsın öz üzərindən həyata keçiribdir.

NASA-nın filmində «İngenuity» helikopteri marsın səthindən üç metr yuxarıya qalxır, bir müddət havada asılı qalır, sonra isə yenidən marsın səthinə oturur.

Teqlər