Apr 26, 2021 12:43 Asia/Baku
  • Britaniya Şimali Kiprin müstəqilliyini tanımağa hazırlaşır

Britaniya hökuməti Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağı planlaşdırır.

SəhərAzəri xəbər verir ki,Bunu Britaniyanın “The Sunday Express” qəzeti yazıb.

 Məlumata görə, Britaniyanın baş naziri Boris Consona yaxın dairələr Cenevrədə Kipr məsələsi ilə bağlı qeyri-rəsmi görüşlərin keçiriləcəyinin gözlənildiyini bildiriblər. Toplantıda yunan və türk kiprləri arasında razılaşma əldə olunmasa, rəsmi London Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacaq.

 “Bu, Kipr adasında tarazlıq yaradacaq addım olacaq”,- məqalədə vurğulanıb.

 Yazıda qeyd olunub ki, əgər Böyük Britaniya Şimali Kiprin müstəqilliyini tanısa, iki ölkə arasında təyyarə reysləri açılacaq.

 

Teqlər