Apr 27, 2021 11:27 Asia/Baku
  • Dünyada pandemiya ilə bağlı son statistika

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 794 mindən çox artıb.

SəhərAzəri xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 794 min 573 nəfər yeni koronavirusa yoluxub, 12 min 470 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 146 milyon 841 min 882, ölənlərin isə 3 milyon 104 min 743 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (32,8 milyon), Hindistan (17,6 milyon), Braziliya (14,3 milyon) və Fransada (5,5 milyon) qeydə alınıb.

Qeyd edək ki, ardıcıl doqquzuncu həftədir ki, dünyada koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur.

Teqlər