ÜST koronavirusla mübarizəyə dəstək üçün Hindistana 2,6 min əməkdaşını göndərib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yolxuma hallarının artması ilə mübarizə aparmaq üçün Hindistana 2,6 mindən çox əməkdaşını göndərib.
SəhərAzəri xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, bu əməkdaşlar hindistanlı həmkarlarına texniki məsləhət verərək, peyvəndləmə və monitorinqdə kömək edəcəklər.
Qebreyesus əlavə edib ki, hazırda Hindistanda vəziyyət çox pisdir.
Qeyd edək ki, Hindistanda ötən sutka koronavirusa 352 mindən çox yoluxma halı qeydə alınıb, 2 min 771 nəfər isə koronavirusdan vəfat edib.
Hindistanda indiyə qədər xəstəlikdən ölənlərin sayı 197 min 894 nəfərə çatıb.
Hindistanda indiyə qədər COVID-19-a yoluxanların sayı 17 milyonu ötüb.
Hazırda pandemiyanın mərkəzi Hindistandır, ölkədə tibbi ləvazimatlar və oksigen çatışmazlığı var. Ölkə xəstəxanalarında xəstələr üçün çarpayıların çatışmadığı bildirilir.
Artıq Britaniya, Fransa bu ölkəyə ventilyatorlar, çarpayılar göndərib, ABŞ, Almaniya, İran və digər ölkələr isə COVID-19-la mübarizədə Hindistana yardım edəcəyini açıqlayıb.